Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin
iaşə obyekti kimi istifadəsi son illər ciddi narahatlıq doğuran
məsələlərdən birinə çevrilib. Belə obyektlər bir tərəfdən
sakinlərin gündəlik rahatlığına təsir göstərir, digər tərəfdən isə
təhlükəsizlik baxımından ciddi risklər yaradır. Xüsusilə mətbəx
avadanlıqları, qaz və elektrik qurğuları, havalandırma sistemləri,
yüksək temperaturla işləyən avadanlıqlar, tullantı və pis qoxu,
həmçinin gec saatlara qədər davam edən fəaliyyət bu obyektləri
yaşayış məkanları üçün potensial təhlükə mənbəyinə çevirir.

Məsələ ilə bağlı Trend-ə hüquqşünas Babək Həmidov açıqlamasında
bildirib ki, yaşayış binalarında yalnız aidiyyəti icra qurumunun
təsdiqi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla
qeyri-yaşayış sahələri nəzərdə tutula bilər.

“Qeyri-yaşayış sahələri texniki-təhlükəsizlik, tikinti,
epidemioloji və mülki müdafiə qaydalarını nəzərə alaraq fəaliyyət
göstərə bilər. Həmin sahələrdə müxtəlif ictimai iaşə obyektləri
təhlükəsizlik normalarını təmin etməklə fəaliyyətlərini təşkil edə
bilərlər. Bu qaydaların təmin olunması isə fəaliyyəti həyata
keçirən ictimai iaşə obyektinin məsul şəxslərinin əsas
vəzifəsidir”, – o əlavə edib.

Hüquqşünas qeyd edib ki, qeyri-yaşayış sahəsində istənilən
təhlükəsizlik normalarının pozulması nəticəsində baş verən
hadisələrlə bağlı səlahiyyətli şəxslərin və əraziyə nəzarəti həyata
keçirən qurumların səhlənkarlığı araşdırılır:

“Həmçinin baş vermiş hadisə nəticəsində xəsarət, ölüm və ya
mülki obyektə ciddi zərər dəyməsi hallarında məsul şəxslər cinayət
və inzibati məsuliyyətə cəlb edilirlər”.

Əmlak eksperti Elnur Azadov isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda
inşaat normativləri mövcuddur, lakin tikinti şirkətləri material
istifadəsində qənaət etməyə çalışırlar. Nəzərə almaq lazımdır ki,
bəzi inşaat materialları xüsusiyyətlərinə görə qüsurlu ola
bilər.

“Azərbaycanda yeni tikilən bəzi binaların elektrik şaxtalarında
yanğın və tüstülənmə halları müşahidə olunur. Hətta inşaat
materialları standartlara cavab versə də, diqqət edilməli
məqamlardan biri düzgün istismardır. Çoxmənzilli binalar istismara
qəbul edilərkən az-çox qüsurları olsa belə, inşaat materialları
istifadəyə yararlı görünür və ilkin mərhələdə hər hansı problem üzə
çıxmır. Lakin zamanla xətlər həddən artıq istifadə edildikcə və
aşındıqca qısa qapanma və yanğın riskləri artır””, – Azadov
vurğulayıb.

Ekspert qeyd edib ki, istismar müddətində ciddi sınaqlar
aparılmasa, sıradan çıxan detalların aşkarlanması mümkün olmur:

“Nəzərə almaq lazımdır ki, ölkədə 2 500-ə yaxın çoxmənzilli bina
var. Bunların 98%-də qanuni boşluqlar mövcuddur. Qanunla
çoxmənzilli bina istismara qəbul edildikdən sonra müştərək
cəmiyyətə çevrilməlidir. Lakin ölkədə belə cəmiyyətlər cəmi 10%-i
təşkil edir və müştərək cəmiyyətlərdə də qanunsuzluqlar müşahidə
olunur. Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək
cəmiyyətin və ya MTK-nın nizamnaməsi əsasında
formalaşdırılmalıdır”.




O bildirib ki, Azərbaycanda qeyri-yaşayış sahələri tikinti
şirkətlərinə və ya tikinti sahiblərinə məxsus olur:

“Onlar həmin yerləri ya icarəyə verirlər, ya da birdəfəlik
satırlar. Nəticədə, bu sahələrin istismarı və idarəsi sakinlərin
marağında olmur. Əksər hallarda qeyri-yaşayış sahələrində layihədə
planlananlardan əlavə işlər görülür. Belə olduqda bina normadan
artıq yüklənir və müəyyən müddətdən sonra texniki qəzaların baş
verməsinə səbəb olur”, – deyə o əlavə edib.

Azərbaycanda inşaat normativləri var, lakin tikinti şirkətləri
çalışırlar ki, materiallarının istifadəsində qənaət etsinlər.
Nəzərə almaq lazımdır ki, bəzi xüsusiyyətlərinə görə inşaat
materialları qüsurlu ola bilirlər.

“Azərbaycanda yeni tikilən bəzi binaların elektrik şaxtalarında
yanğın, tüstülənmə kimi halların baş verməsinə şahid oluruq. Hətta
inşaat materialları standartalara cavab versə də, diqqət edilməli
məqamlardan biri düzgün istismardır. Çoxmənzilli binalar istismara
qəbul olunarkən az-çox qüsurları olsa inşaat materialları
istifadəyə yararlı görünür və ilkin mərhələdə bir fəsad üzə çıxmır.
Lakin zamanla xətlər həddən çox istifadə edildikcə, aşındıqca qısa
qapanma və yanğın riskləri yüklənir”.

Eksperti qeyd edib ki, istismar müddətində ciddi sınaqlar
aparılmasa, sıradan çıxan detalları aşkar etmək mümkün olmur:

“Nəzərə almaq lazımdır ki, ölkədə 2500-ə yaxın çoxmənzilli bina
var. Bunların 98%-də qanuni boşluqlar mövcuddur. Qanunla
çoxmənzilli bina istismara qəbul edildikdən sonra müştərək
cəmiyyətə çevrilməlidir. Bizim ölkədə belə cəmiyyətlər cəmi 10%
təşkil edir. Müştərək cəmiyyətlərdə belə qanunsuzluq olur.
Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin və
yaxud MTK-nın nizamnaməsi ilə formalaşmalıdır”.

E.Azadov bildirib ki, Azərbaycanda qeyri-yaşayış sahələri
tikinti şirkətlərinə və ya tikinti sahiblərinə məxsus olur. Onlar
da həmin yerləri ya icarəyə verirlər, ya da birdəfəlik satırlar.
Beləliklə, həmin sahələrin istismarı, idarəsi sakinlərin marağında
olmur:

“Əksər hallarda qeyri-yaşayış sahələrində layihədə planlananadan
əlavə işlər görülür, belə olan halda bina normadan çox yüklənir. Bu
da müəyyən müddətdən sonra binada texniki qəzaların baş verməsinə
səbəb olur”,-deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir