AİB enerji keçidi üzrə Azərbaycanın da iştirak edəcəyi yeni regional proqramı təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) “Catalyzing Growth and Emerging Areas
in Asia and the Pacific” təşəbbüsünün maliyyələşdirilməsini
təsdiqləyib. Bu təşəbbüs region ölkələrinin etibarlı, əlçatan və
aşağıkarbonlu enerji sistemlərinə keçidini sürətləndirməyə yönəlmiş
regional texniki yardım proqramıdır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Proqramın maliyyələşdirilməsi “Smart Energy Innovation Fund”
vasitəsilə 4 milyon ABŞ dolları həcmində həyata keçirilir və kənd
təsərrüfatı, təbii sərvətlər, energetika, informasiya-kommunikasiya
texnologiyaları, eləcə də su və şəhər infrastrukturu kimi əsas
sektorları əhatə edir.




Regional texniki yardım klasteri AİB-in ayrı-ayrı inkişaf
etməkdə olan üzv ölkələrində, o cümlədən Azərbaycan, Monqolustan,
Filippin və Tailandda enerji sistemlərinin transformasiyasına
dəstək göstərməyi hədəfləyir. Gələcəkdə proqramın əhatə dairəsinin
Hindistan, Qazaxıstan, Kiribati, Qırğızıstan, Papua-Yeni Qvineya,
Tacikistan və Tuvaluya qədər genişləndirilməsi istisna edilmir.

Asiya və Sakit okean ölkələrində həyata keçiriləcək proqram
etibarlı, əlçatan və aşağıkarbonlu enerji sahəsinin inkişafına,
sahələrarası, inteqrasiya olunmuş, eləcə də “ağıllı” enerji
həllərinin hazırlanması və tətbiqi hesabına töhfə verəcək.

Əsas fəaliyyət istiqamətləri arasında suveren və qeyri-suveren
təşəbbüslər üçün layihələrin müəyyənləşdirilməsi və hazırlanması,
həmçinin bilik və təcrübənin yayılması yer alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir