SOCAR-ın prezidenti “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 25-də SOCAR-ın prezidenti Rövşən Nəcəf
Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU”
Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə
görüşüb.

Trend bu barədə
SOCAR-a istinadən xəbər verir.




Görüşdə Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı faydalı
əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi, aparılan səmərəli
müzakirələrin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.
Bu xüsusda, cari ilin sentyabrında Tokio şəhərində keçirilən
Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq
üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası məmnunluqla
xatırlanıb.

Söhbət zamanı SOCAR ilə “ITOCHU” Korporasiyasının birgə iştirakı
ilə icra olunan layihələrə dair fikir mübadiləsi aparılıb, həmçinin
enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları
nəzərdən keçirilib. Tərəflər neft-qaz hasilatı və nəqli, enerji
infrastrukturu, sənayedə müasir texnologiyaların tətbiqi və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir