
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukraynada
sülhün əldə olunmasına dair təklif etdiyi planın müddəalarının sayı
28-dən 22-yə endirilib.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
“Bu, sadəcə bir sxem idi. Orada olan hər şey sxem idi. Bu, plan
deyildi, sadəcə bir konsepsiya idi”, – deyə ABŞ Prezidenti
Floridaya uçuş zamanı təyyarədə jurnalistlərə bildirib.
Trampdan respublikaçı partiya üzvlərinin tənqidlərini şərh
etməsi xahiş olunub. Onlar administrasiyanın təklif etdiyi ilkin
sülh planını həddindən artıq rusyönümlü olduğunu hesab
etmişdilər.
“Və onlar həmin 28 bəndin hər birini nəzərdən keçirdilər,
nəticədə 22 bənd qaldı. Məsələlərin çoxu əlverişli şəkildə həll
olundu”, – Tramp əlavə edib.

