
Bakı. Trend:
“Xalq Bank” müştərilərinə etibarlı və çevik investisiya
imkanları təqdim etməyə davam edərək yeni xidməti istifadəyə verib.
Artıq fiziki və hüquqi şəxslər “Xalq Bank”da qızıl və gümüş
metallarından əlavə, fiziki olmayan platin (XPT) və palladium (XPD)
metalına yatırımın edilməsindən yararlana bilərlər.
Hazırda qiymətli metal hesabı ən effektiv investisiya
alətlərindən biri hesab edilir. “Xalq Bank”ın təqdim etdiyi
xidmətdən faydalanmaqla müştərilər sərmayelərini etibarlı şəkildə
idarə edə bilərlər. Bu zaman pul vəsaitləri Bankın daxili məzənnəsi
ilə qiymətli metala dəyişdirilir və cari metal hesabında
saxlanılır. İstənilən vaxt hesabda olan metal qalığı satılaraq
yenidən pul vəsaitinə çevrilə bilər.
Qeyd edək ki, “Xalq Bank”da qiymətli metal hesablarının açılması
pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla
bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1
XAU/XAG/XPT/XPD təşkil etməlidir.
Müştərilər xidmətdən yararlanmaq üçün “Xalq Bank”ın filiallarına
müraciət edə bilərlər.
“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən,
138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə
səhifələrindən əldə etmək olar.

