Naxçıvanda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib

Baş səhifə

Bakı.Trend:

Naxçıvanda işə düzəltmək adı altında dələduzluq edən şəxs
məsuliyyətə cəlb edilib.

Trend-in
məlumatına görə, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata
keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından
sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin
İsmayılov saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı
işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ
keçirib.




Faktla bağlı Naxçıvan ŞPİ-də cinayət işi başlanılıb, hazırda
cinayət işi üzrə araşdırma davam etdirilir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər
varsa, bu barədə polisə məlumat verə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir