
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının müavinət,
təqaüd və ünvanlı sosial yardımları ödənilib.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, bununla da bu ayın bütün sosial ödənişləri başa
çatdırılıb.
Belə ki, noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu,
Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları,
noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli
şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə
pensiyaları, bu gün, noyabrın 26-da isə noyabr ayının müavinət,
təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

