BMT yeni baş katib axtarışlarına başlayıb

Baş səhifə

Bakı. Trend:

BMT təşkilatın növbəti baş katibi postuna yeni namizədlərin
axtarışına başladığını rəsmən elan edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sədri
Annalena Berbok açıqlama verib.




“Bu seçim kim olduğumuz – BMT olaraq kimliyimiz – və həqiqətən
dünya xalqlarının hamısına xidmət edib-etmədiyimiz barədə güclü bir
siqnal olacaq”, – deyə o bildirib.

Qeyd olunur ki, Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının
sədrləri üzv dövlətlərə məktubla müraciət edərək, hazırkı baş katib
Antoniu Quterreşin 2026-cı ildə ikinci beşillik müddətinin başa
çatmasından sonra onun əvəzinə bu vəzifəyə namizədlərin irəli
sürülməsini təklif ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir