“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi

Baş səhifə

Bakı. Trend:

SİMA yeni nəsil rəqəmsal
imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib. Bu
funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link
vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə
(mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub.

Yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və
prosesləri daha çevik idarə etmək məqsədi daşıyır. Funksionallığın
tətbiq ardıcıllığı aşağıdakı kimidir:

İmza sahibinin adından hər hansı elektron portalda imzalama və
identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza
tətbiqi vasitəsilə skan edir. QR kod “SİMA İmza” tətbiqi ilə
oxunduqdan sonra unikal imzalama linki yaradılır. Link istənilən
kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir. İmza
sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz “SİMA
İmza” tətbiqinə yönləndirilir. İmza sahibi sənədi 6 rəqəmli PİN,
barmaq izi və ya “Face ID” vasitəsilə təsdiqləyərək imzalama
prosesini tamamlayır. Uğurlu imzadan sonra sənəd sistemdə
imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.




Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək
istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün
unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza
hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək
imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza
sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza
sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan
prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir – o,
“SİMA İmza” ilə hansı sistemə giriş edildiyini və hansı sənədin
imzalandığını birbaşa özü görür və təsdiqləyir.

Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz
əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və
ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ
promokodunu
daxil edərək imzadan 6 ay müddətində abunə haqqı
ödəmədən istifadə etməsi mümkündür.

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan
“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı
əldə etmək üçün xidmət məntəqəsinə getmədən, olduğunuz yerdən “SİMA
İmza” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçmək
kifayətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir