
Bakı.Trend:
Fransanın görkəmli impressionist rəssamı Pyer Ogüst Renuarın bu
vaxta qədər məlum olmamış rəsm əsəri Paris hərrac evində 1,8 milyon
avroya (təx. 3,5 milyon manat-red) çəkic altına gəlib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Heç vaxt sərgidə nümayiş olunmamış və satılmamış yağlı boya
tablonun adı “L’enfant et ses jouets – Gabrielle et le fils de
l’artiste, Jean” yəni “Uşaq və onun oyuncaqları – Qabriel və
rəssamın oğlu, Jan”dır.
1890–1895-ci illər arasında çəkildiyi güman edilən tablo
rəssamın sonradan “Oskar” mükafatı qazanan kino ustasına çevrilmiş
ikinci oğlunu dayəsi ilə birlikdə oturmuş vəziyyətdə təsvir
edir.
Rəssamlıq tarixçisi və Renuar üzrə ekspert Paskal Perren əsəri
təqdim edərkən “heç bir bərpa işindən keçməməsi səbəbindən
inanılmaz dərəcədə yaxşı vəziyyətdə olduğunu” xüsusi
vurğulayıb.
Hərracdan əvvəl 1–1,5 milyon avro dəyərində qiymətləndirilən
tablo çərşənbə axşamı satışın təşkilatçısı olan Drouot hərrac
evinin bildirdiyinə görə, xarici alıcı tərəfindən əldə edilib.

