Roma papası Türkiyəyə səfər edəcək

Baş səhifə

Bakı.Trend:

Roma papası Leo XIV Türkiyə və Livana zəvvarlıq səfərinə
hazırlaşır. Bu pontifikin Vatikan kilsəsinin başına gəlməsindən
bəri ilk xarici səfəri olacaq.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

XIV Leonun Türkiyədə sələfi Fransiskin bir vaxtlar baş çəkmək
istədiyi Pravoslav kilsəsinin yubileyində iştrak edəcəyi,
Konstantinopol Pravoslav Kilsəsinin hazırkı yepiskopu I
Varfolomeylə İstanbulda görüşəcəyi bildirilir. Pontifikin
keçirəcəyi görüşlərdə əsas mövzulardan biri Yaxın Şərqdə sülh
məsələsi olacaq.




Avqustinian dini ordeninə 12 il rəhbərlik edən və Peruda 20 il
missionerlik fəaliyyəti göstərən Leo səyahəti çox sevdiyini
deyir.

Papanın Türkiyə səfəri noybarın 27-dən 30-a kimi davam
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir