Azərbaycan və Ermənistan parlament nümayəndələri İstanbulda nə barədə danışıblar?

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri Qaya Məmmədo noyabrın 18-də Ermənistan parlament
nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumat verib.

Trend xəbər
verir ki, o, bu barədə Milli Məclisin noyabrın 25-də keçirilən
plenar iclasında danışıb.

Millət vəkilinin sözlərinə görə, ATƏT Parlament Assambleyasının
İstanbulda keçirilmiş 23-cü payız sessiyası zamanı iki ölkə
parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşdə
parlamentlərin sülh prosesinə dəstəyi ətrafında fikir mübadiləsi
aparılıb.

Ermənistan nümayəndə heyəti həm ikitərəfli görüşdə, həm də
Assambleyanın iclaslarında Azərbaycan tərəfinin Ermənistana tranzit
daşımalara olan məhdudiyyətləri aradan qaldırmasını minnətdarlıqla
qeyd edib.

Görüşün müsbət ab-havada keçdiyini qeyd edən Q.Məmmədov
parlament xətti ilə dialoq aparılmasının faydalı olduğunu
bildirib.

Qeyd edək ki, İstanbulda keçirilən görüş Azərbaycan və
Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də
Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma
əsasında baş tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir