Son 9 ayda Rusiyanın Ukraynaya hücumları nəticəsində 548 mülki şəxs həlak olub

Baş səhifə

Cari ilin 9 ayı ərzində Rusiyanın hücumları nəticəsində Ukraynada 548 mülki şəxs həlak olub.

APA xəbər verir ki, bu barədə “Freedom” BMT-nin Ukraynada İnsan Haqları üzrə Monitorinq Missiyasının məlumatına istinadən məlumat yayıb.

Məlumata görə, yanvardan sentyabra qədər Rusiya hücumları nəticəsində ümumilikdə 4140 nəfər zərər çəkib. Onlardan 548 nəfər ölüb, 3592 nəfər yaralanıb.

Bundan əlavə həlak olan mülki şəxslərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26% artıb, yaralananların sayı isə 75% çoxalıb.

Böyük şəhərlərdə vəziyyət daha da pisləşir: təkcə Kiyevdə ilin əvvəlindən bəri həlak olanların sayı 2024-cü ilin bütün göstəricisindən təxminən 4 dəfə çoxdur. Oxşar dinamika Dnepr və Zaporoje şəhərlərində də müşahidə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir