PAŞA Kapital-ın anderrayterliyi ilə “FINCA Azerbaijan” istiqrazlarının ikinci buraxılışı üzrə hərrac keçiriləcək

Baş səhifə

Bakı. Trend:

PAŞA Kapital, Azərbaycanda mikromaliyyə sahəsinin aparıcı
qurumlarından biri olan “FINCA Azerbaijan”-ın 4 milyon manat
həcmində istiqrazlarının ikinci buraxılışı üzrə hərrac elan
edir.

Ümumi sayı 40 000 ədəd olan istiqrazların əsas
xüsusiyyətləri:

  • Nominal dəyər: 100 AZN;
  • Gəlirlilik faizi: İllik 15%;
  • Faiz ödənişi: Rüblük;
  • Tədavül müddəti: 24 ay;
  • Növ: Sənədsiz, adlı, faizli, təmin
    edilməmiş;
  • Yerləşdirilmə üsulu: Hərrac

Xatırladaq ki, PAŞA Kapital-ın anderrayerliyi ilə “FINCA
Azerbaijan”
istiqrazlarının 1-ci buraxılışının
yerləşdirilməsi üzrə hərrac zamanı əsas maraq fiziki
şəxslər
tərəfindən göstərilmişdir. Belə ki, ümumilikdə
56 sifariş daxil olmuş, onlardan 53-ü
fiziki, 3-ü isə hüquqi şəxslər
tərəfindən təqdim
edilmişdir.




İkinci buraxılış üzrə istiqrazları əldə etmək istəyən həm
fiziki, həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində
iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin
1548 qısa nömrəli Çağrı Mərkəzi və yaxud
PAŞA Kapital ticarət platforması
vasitəsilə müraciət edərək,
keçiriləcək hərracda iştirak edə bilərlər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir