ABB “Neftçilər”də yeni filial açdı!

Baş səhifə

Bakı. Trend:

Müştərilərinə daha yaxın və əlçatan olmaq üçün ABB xidmət
şəbəkəsini genişləndirməkdə davam edir. Bank “Neftçilər”
metrostansiyası ətrafındakı ərazilərdə yaşayıb çalışan müştərilərin
ABB-nin xidmət və məhsullarına olan ehtiyacını nəzərə alaraq burada
yeni filial yaradıb. Bankın “Neftçilər” filialı Bakı şəhəri, Nizami
rayonu, Qara Qarayev prospekti 61C ünvanında, ABB-nin müasir
inkişaf konseptinə uyğun qurulmuş binada fəaliyyət göstərir.

Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə
olan bütün ehtiyaclarının təmin edilməsi üçün “Neftçilər”
filialında hər cür şərait yaradılıb.




Filialda müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları,
əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd
valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən
faydalanmaq mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə
etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir