Azərbaycan yaxın günlərdə Naxçıvandan keçən dəmir yolunun tikintisinə başlayacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Naxçıvandan keçən dəmir yolunun təxminən 200
kilometrlik hissəsinin bərpası layihəsinin layihələndirilməsini
başa çatdırmaq üzrədir və yaxın günlərdə tikinti işlərinə
başlayır.

Trend xəbər verir
ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB
ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü
iclasında çıxışı zamanı bildirib.




“Azərbaycan Naxçıvandan keçən təxminən 200 kilometrlik dəmir
yolunun bərpası üzərində işləyir. Biz bu magistralların
layihələndirilməsini başa çatdırırıq və yaxın vaxtlarda tikinti
işlərinə başlayacağıq. Artıq bir neçə gündən sonra “Azərbaycan
Dəmir Yolları” bu layihənin icrasına başlayacaq”, – deyə nazir
bildirib.

Nazir, həmçinin Şərq-Qərb istiqamətində, o cümlədən Zəngəzur
dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm irəliləyişin əldə
olunduğunu diqqətə çatdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir