
Bakı. Trend:
“Boston Consulting Group” (BCG) geoloji-texniki əməliyyatlarda
süni intellektin tətbiqi üçün yeni arxitektura hazırlayıb və onun
tətbiqinə başlayıb. Bu, arxitektura əsas mühəndis alətlərini əvəz
etmədən məlumatların interpretasiyasını xeyli sürətləndirməyə imkan
verir.
Trend xəbər verir
ki, bunu “Boston Consulting Group” (BGG) idarəedici direktoru Anton
Aristov Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında
bildirib.
Onun sözlərinə görə, BCG-nin modeli bir neçə ixtisaslaşmış süni
intellekt agentlərinin üzərinə düşən rutin prosesləri (ilkin
məlumat toplanmasından və işarələnməsindən tutmuş seçilmiş
fraqmentlərin təhlilinə qədər) əhatə edir.
Bu, şirkətlərə qərar qəbul etmə müddətlərini qısaltmağa və
layihələrin iqtisadi səmərəliliyini artırmağa imkan verir, bunu
işçi heyətinin xərclərini azaltmaqla deyil, yalnız erkən
fəaliyyətlər sayəsində əldə edirlər.
Aristov vurğulayıb ki, yekun nəticələrə görə məsuliyyət
mühəndisin üzərində qalır, süni intellekt yalnız ekspertizanı
gücləndirir və iş dövrlərini sürətləndirir.
“Bizim yanaşmamız mühəndis alətlərini əvəz etmir, onları sadəcə
daha sürətli edir – rutin əməliyyatları süni intellekt agentləri
icra edir, mütəxəssislər isə əsas texniki məsələlərə fokuslanır,” –
deyə o bildirib.

