Bu il Kəlbəcər ərazisində qeydiyyata alınan tarix-mədəniyyət abidələrinin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Kəlbəcər rayonu ərazisində daşınmaz tarix və mədəniyyət
abidələrinin siyahısına daxil olmayan, lakin tarixi, memarlıq və
arxeoloji əhəmiyyətə malik 19 obyekt aşkar edilərək, qeydiyyata
alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən
bildirilib.

Qeyd edilib ki, artıq həmin yeni aşkar edilmiş abidələrdən də
10-u cari ildə qanunvericiliyə uyğun olaraq, daşınmaz
tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.




Qurumdan əlavə edilib ki, İşğaldan azad olunmuş ərazilərdə, o
cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş
ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 550 abidənin,
eləcə də 402 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən yeni
aşkar edilmiş abidənin inventarlaşdırması həyata keçirilib.

Məlumat üçün bildirək ki, 2025-ci ildə işğaldan azad olunmuş
ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz
tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir