Kreml: Rusiya və Ukrayna xüsusi xidmət orqanları BƏƏ-də müzakirələr aparır

Baş səhifə

Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri Birləşmiş Ərəb Əmirliyində müntəzəm olaraq həssas məsələləri, o cümlədən əsirlərin dəyişdirilməsini müzakirə edirlər.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, son görüşlərdən birində gözlənilməz bir durum da baş verib.

“Görüş zamanı hazırda Ukrayna dosyesi ilə məşğul olan ABŞ-ın yeni nümayəndəsi orda peyda oldu. O, orada Ukrayna tərəfi ilə görüş keçirdi və anladığım qədər, bu əvvəlcədən razılaşdırılmışdı. Eyni zamanda, bizim nümayəndələrlə tam gözlənilmədən görüşdü”, – Uşakov qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir