Ursula von der Leyen: Ukrayna və Avropanın təhlükəsizliyi uzunmüddətli şəkildə qorunmalıdır

Baş səhifə

Ukraynanın və Avropanın təhlükəsizliyi uzunmüddətli şəkildə qorunmalıdır.

APA xəbər verir ki, bu fikri Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukrayna ilə bağlı aparılan sülh danışıqlarında Avropanın prioritetləri haqqında danışarkən bildirib.

Cenevrədə Avropa ölkələri, Ukrayna və ABŞ ilə aparılan işlərin nəticəsində artıq bir başlanğıc nöqtə yarandığını deyən Leyen sülh sazsişinin nəzərə almalı olduğu məsələlərin mövcud olduğunu bildirib. Onun fikrincə sülh sazişi güclü təhlükəsizlik təminatlarını əhatə etməli, Ukraynanın suverenliyini təmin etməlidir.

“Ukraynanın sərhədləri heç bir qüvvə tərəfindən dəyişdirilə bilməz. Suverenlik həmçinin ölkənin gələcəyini özü seçmək hüququ deməkdir. Ukrayna Avropa taleyini seçib və onun gələcəyi bizim birliyimizdədir”, – Leyen vurğulayıb.

2026-27-ci illərdə Ukraynanın maliyyə ehtiyaclarının təmin edilməsinin vacib olduğunu qeyd edən Ursula von der Leyen Avropa Komissiyasının bunun üçün bir seçim sənədi təqdim etdiyini, və sənəddə, o cümlədən dondurulmuş Rusiya aktivlərindən istifadə variantlarının da əhatə olunduğunu bildirib.

İstənilən sülh sazişinin icrasının əsasən Avropa İttifaqı və NATO tərəfdaşlarının üzərinə düşəcəyini bildirən Leyen bu baxımdan qəbul olunmuş əsas prinsiplərinin “Ukrayna olmadan Ukrayna haqqında heç nə, Avropa olmadan Avropa haqqında heç nə, NATO olmadan NATO haqqında heç nə” olduğunu vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir