Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

MDB Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü
iclası çərçivəsində Azərbaycan, İran və Rusiya
arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər
verir ki, memorandumun imzalanması uzunmüddətli üçtərəfli
əməkdaşlığın inkişafında və “Şimal–Cənub” marşrutunun qərb
istiqamətinin effektivliyinin artırılmasında mühüm addım
olacaq.




Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks
tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını
və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə
tutur.

Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran
arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən
səmərəli logistika zəncirinin qurulmasına imkan verəcəkdir.
Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat
dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və
regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait
yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir