Azərbaycan kəlağayısı 11 ildir UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxildir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə 2014 – cü il
noyabr ayının 26-da Azərbaycan kəlağayısı “Qadın ipək baş örtüyü
kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun
simvolikası” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ siyahısına daxil edilib. Beləliklə də, kəlağayı
sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və
adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq
səviyyədə təsdiq olunub.

Ötən əsrlərin qadın geyimlərində kəlağayı kimi atributun meydana
gəlməsi Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlıdır. İpək
istehsalı qədim Nuxada (Şəki) başlamışdır. Böyük İpək Yolu
sayəsində Şəki ipəyi və ipəkdən olan məmulatlar başqa ölkələrə
ixrac edilirdi. İngiltərə, İtaliya, Hollandiya və başqa ölkələrdən
olan səyyahlar öz yol qeydlərində Azərbaycanın müxtəlif
şəhərlərinin ticarət məkanlarında zərif, incə ipəkdən qadın baş
örtüklərinə rast gəlindiyini xatırlatmışlar.

Hazırda ölkənin əsas ipək istehsal edən müəssisəsi Şəki İpək
Kombinatıdır. Kombinat Şəkidə 1931-ci ildə fəaliyyətə başlamış və
bugünə qədər (“Azəripək” ASC) fəaliyyətini davam etdirir.
Kombinatda baramaaçan, boyaq-bəzək, burucu, toxucu, pambıqəyirici,
xalçaçılıq istehsal sahələri var. Kombinatda hazırda 400 işçi
fəaliyyət göstərir. Bu gün Şəki İpək Kombinatında yüksək
keyfiyyətli 100% təbii xam ipək və ipəkdən hazırlanan məhsullar:
kəlağayı, şərf, çitmə və s. istehsal olunur.




“Azərxalça” ASC də öz növbəsində Azərbaycanda ipəkçiliyin
inkişafına dəstəyini göstərir. Bu münasibətlə 2021-ci ilin iyul
ayında “Azərbaycan xalçası” brendinin yaradılması, inkişaf
etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan
əhəmiyyətli addımlardan biri “Azərxalça” ASC ilə “Azəripək” ASC ( o
zaman MMC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun
imzalanmasını göstərmək olar. Memoranduma əsasən, xalçaların
toxunmasında istifadə edilən ipək ipliyini “Azərxalça” ASC
“Azəripək” ASC-dən satın alır, istehsal edilən məmulatların
satışına dəstək sahəsində əməkdaşlıq olunur, yun və ipək ipliyinin
istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılır.

Xatırladaq ki, bu memoranduma qədər “Azərxalça” ASC ipək
xalçalar istehsal etməyib, “Azəripək” ASC-dən əldə olunan ipək
ipliklə yeni və eksperimental xalçaların toxunması baş tutub.
Toxunan bütün növ xalçalar yerli bazarla yanaşı, dünya bazarına da
çıxarılır və geniş maraq görür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir