Pentaqon “Boeing”lə ümumi dəyəri 7 milyard dollardan çox olan müqavilələr bağlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi “Boeing” korporasiyası ilə ümumilikdə 7,1
milyard dollardan çox dəyərdə olan müqavilələr imzalayıb. Onlardan
biri yeni nəsil “Apaçi AH-64E” zərbəçi helikopterlərinin və ona
quraşdırılan “AN/APG-78” radiolokasiya sistemi ilə təchiz olunmuş
trenajorların və əlaqəli avadanlıqların tədarükünü nəzərdə
tutur.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, təkcə qeyd olunan sövdələşmənin məbləği 4,7
milyard dollar təşkil edir.

Digər müqaviləyə əsasən, “Boeing” ABŞ Hərbi Hava Qüvvələrinə
daha 15 ədəd “KC-46A” çoxfunksiyalı yanacaqdaşıyan təyyarə tədarük
edəcək. Bu tədarükün dəyəri isə 2,47 milyard dollardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir