Pəncəli Teymurovun anası Prezidentə məktubu göndərdi

Baş səhifə

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

“Doqquz il intizarla gözlədiyimiz şərəfə – oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin.

Sizə uzun ömür, can sağlığı arzu edirik”

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir