Suriyada silah anbarında partlayış olub, 5 nəfər ölüb, 9 yaralı var – YENİLƏNİB

Baş səhifə

Suriyanın İdlib bölgəsində silah anbarında baş verən partlayışda 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA bu barədə “Reuters”ə istinadən xəbər.

Bildirilir ki, dağıntılar altında qalanlar var və xilasetmə işləri aparılır.

***

15:49

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumatada partlayışın Kafr-Taxarim şəhərində, məktəbin yaxınlığında yerləşən silah anbarında baş verdiyi bildirilir. İlkin məlumatlara görə, çox sayda insan xəsarət alıb.

“Sky News Arabia”nın müxbirinin məlumatına görə, partlayış şəhərin bütün ərazisində eşidilib və böyük dağıntıya səbəb olub. Hadisə barədə yerli media orqanları da məlumat verərək, şəhər boyunca eşidilən səsin güclü zərbə dalğasından xəbər verdiyini qeyd ediblər.

Hazırda partlayışın səbəbləri araşdırılır. Rəsmi qurumlar və müvafiq təhlükəsizlik orqanları hadisə yerində araşdırmaları davam etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir