
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə,
müəssisə rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyələrin
iştirakı ilə vətəndaş qəbulu keçirib.
Trend xəbər
verir ki, qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak
edib.
Müraciətlər məşğulluq, əlillik dərəcəsinin təyinatı, qaz
təchizatı, yol təsərrüfatı və digər sahələri əhatə edib.
Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll
olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara
yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.

