
Bakı. Trend:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunda
yerləşən ölkələr vahid yükdaşıma rüsumunu tətbiq edə bilərlər.
İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Bakıda
keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası
çərçivəsində İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir
Yolları Şirkətinin icra direktoru Cabbar Əli Zakeri və Qazaxıstan
Dəmir Yolu Milli Şirkətinin idarə heyətinin sədri Talqat
Aldıbergenovla görüşdə deyib.
Onun sözlərinə görə, bununla əlaqədar ölkələr arasında
əməkdaşlığın artacağı gözlənilir.
Zakeri qeyd edib ki, İran, Türkmənistan və Qazaxıstan arasında
yükdaşıma üzrə əməkdaşlıqlar inkişaf etməkdədir və bu da
yükdaşımaların artması ilə nəticələnəcək.
Görüşdə Qazaxıstanın Dəmir Yolu Milli Şirkətinin idarə heyətinin
sədri Talqat Aldıbergenov da bildirib ki, Qazaxıstan, Rusiya,
Türkmənistan və İran arasında dəmiryolu və yükdaşıma sahəsində
imzalanan anlaşma memorandumunu müsbət qiymətləndirib.
Qeyd edək ki, bu gün Bakıda MDB Dəmir Yolu Nəqliyyat Şurasının
83-cü iclası keçirilib. İclasda müzakirələrin əsas mövzusunu MDB
dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti,
beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalar
üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq
nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq
yükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat və
təkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib. Sonda
iştirakçılar protokol imzalayıblar.

