Zəngəzur dəhlizi Özbəkistan üçün böyük maraq kəsb edir – Hikmətulla Raxmetov (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Yaxın zamanda Zəngəzur dəhlizindən istifadəyə başlayacağımıza
ümid edirik.

Bunu Trend
“Özbəkistan Dəmir Yolları” şirkətinin idarə heyətinin birinci sədr
müavini Hikmətulla Raxmetov bu gün Bakıda keçirilən MDB Dəmir Yolu
Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində bildirib.

“Zəngəzur dəhlizi Özbəkistan üçün böyük maraq kəsb edir. Bu
layihə Özbəkistanın ixrac və idxal əməliyyatlarının inkişafı,
həmçinin ölkəmizin ərazisindən Zəngəzur dəhlizinə, oradan isə
Türkiyə və Avropaya gedən tranzit yükdaşımaları üçün mühüm amil
olacaq”, – deyə o bildirib.




Raxmetov vurğulayıb ki, dəhlizin həyata keçirilməsi, ilk növbədə
logistika xərclərini azaltmağa imkan verəcək ki, bu da birbaşa
daşıyıcıların xərclərinə təsir göstərəcək. İkincisi, hər iki
istiqamətdə daşınan yük həcmi artacaq. Buna görə Özbəkistan bu
layihəyə yüksək nikbinliklə yanaşır.

“Bu həqiqətən uzun müddət gözlənilən təşəbbüsdür – şişirtmədən
deyə bilərik ki, onu on illərdir ki, gözləyirdik. Biz bütün əsas
məsələlər üzrə Azərbaycanlı həmkarlarımızla fəal əməkdaşlıq edirik
və ümid edirik ki, yaxın zamanda yeni marşrutdan tam həcmdə uğurla
istifadə etməyə başlayacağıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ
Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə
regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin
(“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla
yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası
Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir