Mərkəz direktoru Bakı və digər regionlarda İİV-ə yoluxmuş şəxslərin sayını AÇIQLAYIB

Baş səhifə

Bakı.Trend:

Respublika üzrə İİV-ə yoluxmuş şəxslərin 26%-i Bakı şəhərində
qeydiyyata alınıb. Sumqayıt, Şirvan, Hacıqabul, Gəncə və bir sıra
digər rayonlarda da İİV-ə yoluxmuş şəxslərin qeydə alındığı
ərazilər mövcuddur.

Trend xəbər
verir ki, bunu bu gün Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan
konfrans çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil
Məmmədov jurnalistlərə açıqlamasında deyib.




O bildirib ki, hansı regionda İİV-lə bağlı dəyişikliklər
müşahidə olunursa, həmin ərazilərdə profilaktik proqramlar daha da
gücləndirilir və bu istiqamətdə daha intensiv işlər aparılır.

“Bütün dünyada İİV infeksiyasına yoluxmada ən həssas yaş qrupu
25–49 yaş aralığıdır. Bu dövr həm reproduktiv, həm də daha çox
miqrasiya fəaliyyəti ilə əlaqədar aktiv yaş dövrüdür. Ölkəmizdə
İİV-ə yoluxan şəxslərin təxminən 30%-i isə xarici ölkələrdə
yoluxub”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir