
Bakı. Trend:
Rusiya Çindən olan vətəndaşlar üçün Rusiyaya səfər etmək üçün
viza tələbini ləğv edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, gələn ilin sentyabrın 14-ə kimi olan
müddəti əhatə edən müvafiq fərman Rusiya prezidenti Vladimir Putin
tərəfindən imzalanıb.
Sənədə görə, qarşılıqlı olaraq Çin vətəndaşları Rusiya
hüdudlarına viza olmadan daxil olub, 30 gündən çox olmamaqla ölkə
ərazisində qala biləcəklər.
Sənəddə eyni zamanda qeyd olunur ki, çinlilər Rusiyaya turistik
və işğüzar məqsədlərlə, eləcə də elmi, mədəni, ictimai-siyasi,
iqtisadi və idman tədbirlərində iştirak üçün gedə biləcəklər.
Vizasız rejimlə bağlı fərman eyni zamanda Çinli vətəndaşların
(üçüncü dövlətlərin ərazilərin) tranzit keçidlərinə şamil
olunacaq.

