Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Azərbaycan məktəblərində kompüter və internet təminatı ilə bağlı
problem yoxdur.

Bunu Trend
açıqlamasında Elm və Təhsil Nazirliyinin müavini Həsən Həsənli bu
gün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən
“Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi ali təhsil
müəssisələrində İT sahəsi üzrə ixtisasların artırılmasına xüsusi
diqqət yetirir:




“Ölkəmizin aparıcı universitetlərində bu ixtisasa artıq böyük
maraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın
güclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı Azərbaycanın
iqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq.

2000-2022-ci illər strategiyasına əsasən çox sayda məktəb
internet və kompüterlə təmin edilib. Bu gün Azərbaycan
məktəblərində kompüter və internetlə bağlı problem yoxdur.
Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları zamanı bu
inkişaf etmiş şəbəkə bizə böyük kömək edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir