TƏBİB ötən ay zəhərlənmədən ölənlərin sayını açıqladı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin noyabr ayında KTM-in Toksikologiya şöbəsinə
ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə
hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna
cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri
nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar
qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar:




“Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri
sirkə turşusundan, 3 nəfəri spirtli içkilərdən, 1 nəfəri həlledici
məhluldan, 1 nəfəri yandırıcı məhlullardan, 2 nəfəri allergik
reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri
anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından
zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub”.

“Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış
toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və
detoksikasiya tədbirləri tətbiq olunub. Aparılan intensiv müalicə
tədbirlərinə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi və 1 qadın)
həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və
sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət
olub”, – qurumdan əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir