Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın
genişləndirilməsi müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov “X” hesabında paylaşım edib.




“Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Xalq
Bankının sədri Pan Qonşenq ilə görüşdük. Görüş zamanı monetar
siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş
həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin
tənzimlənməsi mövzularını müzakirə etdik. Bundan əlavə, rəqəmsal
valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi
apardıq. Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları
arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran
digər məsələlər barədə fikirlərimizi bölüşdük”, – paylaşımda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir