
Bakı. Trend:
Zəngəzur dəhlizi Avrasiya nəqliyyat mənzərəsinə transformativ
təsir göstərəcək və Azərbaycan bu prosesdə önəmli rol
oynayacaq.
Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev
Belçikanın “EU Today” nəşrinə özəl müsahibəsində bildirib.
Hacıyev Bakının, o cümlədən Avropa İttifaqını o cümlədən,
“Global Gateway” təşəbbüsü çərçivəsində bu yeni nəqliyyat
strukturlarının bir hissəsi kimi görmək istədiyini bildirib.
O, dəhlizi Azərbaycanın “sülhü qazanmaq strategiyası”nın praktik
tərkib hissəsi kimi təqdim edib: “Azərbaycan üçün müharibə bitib və
münaqişə sona çatıb. Yerində sülhü möhkəmləndirməliyik və sülhün
davamlı olmasını təmin etməliyik”.

