
Bakı. Trend:
Hazırda İranla münasibətlərimiz normal və sabitdir və Azərbaycan
Azərbaycan ikitərəfli iqtisadi-ticarət əlaqələrini bundan sonra
daha da genişləndirmək niyyətindədir.
Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev
Belçikanın “EU Today” nəşrinə verdiyi özəl müsahibədə bildirib.
“İranı qonşu və tərəfdaş kimi görürük və iqtisadi-ticarət
əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyini gözləyirik,”-
deyə o bildirib.
Hikmət Hacıyev eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev
və onun iranlı həmkarı Məsud Pezeşkian arasında şəxsi münasibətin
istiliyinə diqqət çəkib.
O, həmçinin İranda Azərbaycan səfirliyində törədilən hücumla
bağlı da danışıb.
Hacıyev bildirib ki, Tehrandakı Azərbaycan səfirliyinə silahlı
hücum nəticəsində yaranan diplomatik gərginlik artıq səngiyib. O
qeyd edib ki, hücum edən şəxs İran qanunları çərçivəsində
məsuliyyətə cəlb olunub və Azərbaycan “bu səhifəni tamamilə
bağlayıb”.

