Azərbaycan vətəndaşları da daxil olmaqla 44 əcnəbi Gürcüstandan deportasiya edilib

Baş səhifə

Son günlər ərzində Gürcüstandan 44 nəfər əcnəbi deportasiya edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.

Həmin şəxslər Türkiyə, Azərbaycan, İran, İordaniya, Pakistan, Çin, Rusiya, Ermənistan, Nigeriya, Türkmənistan, Qana, İraq, Yəmən, Misir və Livan vətəndaşlarıdır. Yerli qanunvericiliyə uyğun olaraq, Gürcüstandan qovulan əcnəbilərin ölkəyə girişi qadağan edilib.

Məlumatda qeyd olunub ki, son bir ay ərzində Gürcüstandan deportasiya olunmuş xarici ölkə vətəndaşlarının sayı 152 nəfər təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir