Əli Kərimlini hansı cəza gözləyir?

Baş səhifə

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 maddəsi ilə ittiham olunub.

Bəs onu hansı cəza gözləyir?

Hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, Ə.Kərimli Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərlə təqsirləndirilir.

“Bu maddəyə əsasən, onu on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir”, – deyə E.İsayev qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir