
Tərtər. Trend:
Tərtərdə narkotikin satışını təşkil edən şəxsi polis
saxladı.
Trend xəbər verir ki, Tərtər
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində rayon sakini Elçin Həsənzadə saxlanılıb.
E.Həsənzadənin rayon ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan
satış məqsədi ilə qablaşdırdığı marixuana aşkarlanaraq
götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Həsənzadə barəsində həbs
qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

