Yanvar-oktyabr aylarında Azərbaycandan Danimarkaya ixrac olunan neftin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Danimarkaya
49,7 milyon dollar dəyərində 88,2 min ton bitum süxurlardan əldə
olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Ötən il Azərbaycandan Danimarkaya neft ixrac olunmayıb.




Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
10,9 milyard dollardan çox dəyərdə təxminən 20,8 milyon ton xam
neft və neft məhsulları ixrac edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə, bu göstərici dəyər
ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə
182,6 min ton (0,9%) artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir