
Bakı. Trend:
Gürcüstan hökuməti BBC-nin yaydığı yalan məlumata görə
beynəlxalq məhkəmə qarşısında cavab verəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu – Demokratik
Gürcüstan” hakim partiyasının bəyanatında bildirilir.
Bəyanata əsasən, BBC Gürcüstanla bağlı məqalədə mitinqlərin
birində etirazçılara qarşı polis tərəfindən kimyəvi silahdan
istifadə olunduğuna dair həqiqətə uyğun olmayan məlumat dərc
edib.
Məqalənin müəlliflərinin gəldiyi nəticələr Tbilisidəki etiraz
aksiyalarının iştirakçılarının şərhlərinə əsaslanıb.
“Bir neçə gün əvvəl yayılan yalanlara görə BBC-nin direktoru və
xəbərlər rəhbəri istefa verməyə məcbur oldular. İndi isə yeni
çılğınlıq ortaya atıblar, guya Gürcüstan etirazçılara qarşı
müharibə dövrünün kimyəvi silahından istifadə edib. Bilirsinizmi,
onlar kimə və nəyə “əsaslanırlar”? Çaxunaşvili, Xasaya, Qiqauri,
Şaişmeliaşvili və başqalarına. Bizim ‘radikal agentlər’ də bunu
sosial şəbəkələrdə ciddi şəkildə yayırlar. Bu insanların nə
vəziyyətə salındığını, hansı duruma gətirildiyini anlamaq çox
asandır. Bu artıq beyin yuma deyil , cəmiyyətə qarşı ciddi
təhqirdir. Eyni zamanda agenturanın və onların himayəçilərinin
fəaliyyətinin miqyasını və absurdluğunu daha aydın göstərir”, –
deyə “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının parlament
fraksiyasının lideri İrakli Kirtsxaliya bildirib.

