
Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi
bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi
təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə
son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub və
xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, Gürcüstanın Ətraf Mühitin
Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda
ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq
nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir.
Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu,
epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi
təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin
minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.
Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların
idxalına tətbiq edilmiş məhdudiyyət 2025-ci il 1 dekabr tarixindən
etibarən aradan qaldırılıb.

