Rusiyanın Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı 22-yə qalxıb- YENİLƏNİB

Baş səhifə

Rusiya ordusunun Dnepr şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı isə 22-ə qalxıb.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

***

14:27

Ukraynanın Dnepr şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının səlahiyyətli şəxsi Vladislav Qayvanenko “Telegram” hesabında məlumat verib.

Onun bildirdiyinə görə, hadisə yerində bütün xidmətlər fəaliyyət göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir