
Bakı. Trend:
28-30 noyabr tarixlərində Milli Gimnastika Arenasında keçirilən
bədii gimnastika üzrə 30-cu Bakı çempionatı yekunlaşıb.
Bu barədə Trend-ə Gimnastika Federasiyasından məlum at
verilib.
Üç gün davam edən yarışda “Ocaq Sport” Klubu, “Grasiya İdman”
Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi,
Su İdman Sarayı və Zirə Mədəniyyət Mərkəzinin gimnastları çıxış
ediblər.
Çempionatda balacalar (2015, 2016, 2017-ci il), yeniyetmələr
(2012, 2013, 2014-cü il) və gənclər (2010, 2011, 2009-cu il və daha
böyük) yaş kateqoriyaları üzrə gimnastlar müxtəlif alətlərlə –
lent, halqa, top və gürzlərlə öz performanslarını təqdim
ediblər.
Yarışın ilk günündə təsnifat mərhələsi keçirilib. İkinci gündə
balacalar və yeniyetmələr arasında müxtəlif alətlər üzrə qaliblər
müəyyən olunub və mükafatlandırılıb. Sonuncu gündə isə yeniyetmələr
və gənclər arasında final mərhələsi baş tutub. Final nəticələrinə
əsasən, ən yüksək xal toplayan gimnastlar ilk üçlükdə
qərarlaşıblar.
Qalib olan gimnastları təbrik edir, növbəti yarışlarda uğurlar
arzulayırıq.
Yarışın nəticələriylə aşağıdakı linkdən tanış ola
bilərsiniz:
Nəticələr

