
Bakı. Trend:
İki və daha çox dildə danışmaq orqanizmin qocalma sürətini
nəzərəçarpacaq dərəcədə ləngidə bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə qənaətə 27 Avropa ölkəsindən olan
tədqiqatçılar gəliblər.
“Nature Aging” jurnalında dərc edilmiş genişmiqyaslı araşdırma
86 mindən çox insanı əhatə edib və göstərib ki, çoxdillilik
sürətləndirilmiş qocalma riskini demək olar ki, iki dəfə
azaldır.
Alimlər xüsusi “biodavranış yaşı” göstəricisi hazırlayıblar – bu
göstəricidə ürək-damar sağlamlığını, idrak qabiliyyətlərini,
təhsili, fiziki vəziyyəti və bir neçə digər amil nəzərə alınıb.
Daha sonra bu göstərici iştirakçıların real yaşı ilə müqayisə
olunub.
Məlum olub ki, bir neçə dil bilənlər daha gec qocalırlar:
sürətləndirilmiş qocalma ehtimalı həm birdəfəlik təhlillərdə, həm
də dinamik müşahidələrdə xeyli aşağı olub.

