
Bakı.Trend:
Bakı şəhərinin Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının,
eləcə də Abşeron rayonu və Xırdalan şəhərinə suyun ünvanlar üzrə
verilməsi əvvəlki rejim üzrə həyata keçirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA-dan
bildirilib.
Qeyd edilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara
davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində
25-29 noyabr tarixlərində Bakı şəhərinin Xəzər, Yasamal, Sabunçu,
Xətai rayonlarının, eləcə də Abşeron rayonu və Xırdalan şəhərinin
bəzi ərazilərinə suyun verilməsi səbəbindən suyun verilişində
yaranan fasilələrlə bağlı işlər deyilən tarixdə yekunlaşdırılıb və
suyun ünvanlar üzrə verilməsi əvvəlki rejim üzrə həyata
keçirilir.

