DTX tərəfindən saxlanılan Məmməd İbrahimli həbs olunub

Baş səhifə

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət
Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri
seçilib.

Trend xəbər
verir ki, onun barəsində Səbail rayon Məhkəməsində qərar qəbul
olunub.

Məhkəmənin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün
müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə
və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli
sürülüb.




Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri
Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli
barələrində aparılan araşdırma çərçivəsində DTX-də
dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi
Xidmətinə aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimlinin evindəki
axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan
cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz
Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ
keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə
ittiham olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir