
Bakı. Trend:
Dekabrın 1-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında
İctimai şuranın ilk iclası keçirilib.
Trend bu
barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, iclasda İctimai şuranın fəaliyyət istiqamətləri
üzrə müzakirələr aparılıb, təşkilati məsələlərə baxılıb, sədr, sədr
müavini və katib vəzifələrinə seçki keçirilib.
İki il müddətində fəaliyyət göstərəcək İctimai şuraya iqtisadçı
alim, professor İnqilab Əhmədov sədr, Professional Maliyyə
Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova sədr müavini,
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin üzvü, jurnalist
Anar Əzizov isə katib seçilib.
İclas çərçivəsində İctimai şuranın iş planının müzakirəsi
aparılıb, şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy
və təkliflər səsləndirilib.
Məlumat verildiyi kimi cari il noyabrın 13-də Maliyyə Nazirliyi
yanında İctimai şuranın tərkibinin formalaşdırılması üçün seçkilər
keçirilib və nəticədə 7 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi
şuraya üzv seçilib.

