Azərbaycanda yeni pul nişanı tədavülə buraxılacaq? –

Baş səhifə

Son günlərdə müxtəlif sosial şəbəkələrdə yeni 3 manat nominallı kağız pul nişanının tədavülə buraxılacağı ilə bağlı xəbərlər paylaşılıb.

Bu barədə Mərkəzi Bankdan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: https://www.cbar.az/page-28/currency-in-circulation

Həmçinin qeyd olunub bki, , Mərkəzi Bank yeni nominalda pul nişanını tədavülə buraxdıqda öncədən rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırır.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir