Avropa İttifaqından çıxmağımız ölkə iqtisadiyyatına ciddi ziyan vurub – Britaniya Baş naziri

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə münasibətlərin
yaxınlaşması prosesinə başlayacaq, belə ki, “Brexit” (Britaniyanın
Avropa İttifaqından çıxması) krallığın iqtisadiyyatına mənfi təsir
göstərib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer bəyan
edib.




Hökumət rəhbəri Londonda Birləşmiş Krallığın mövcud iqtisadi
vəziyyətinə həsr olunmuş nitqlə çıxış edib. O, çıxışında Böyük
Britaniyanın “bu reallığı qəbul etməli olduğunu” vurğulayıb.

“Əlimizdə olan “Brexit” sazişi iqtisadiyyatımıza ciddi ziyan
vurub. Buna görə də iqtisadi dirçəliş naminə ixtilafları azaltmalı
və Aİ ilə daha sıx münasibətlər istiqamətində addımlar atmalıyıq”,
– deyə Starmer bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir