
Dneprə endirilən zərbə nəticəsində yaralananların sayı 40-a yüksəlib.
APA xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Vladislav Qayvanenko məlumat verib.
Yaralıların böyük əksəriyyəti xəstəxanalardadır, 11 nəfərin vəziyyəti ağırdır.
Həlak olanların sayı dəyişməyib.
Axtarış-xilasetmə işləri başa çatıb.
***
15:02
Rusiya ordusunun Dnepr şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı isə 22-ə çatıb.
APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
***
14:27
Ukraynanın Dnepr şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının səlahiyyətli şəxsi Vladislav Qayvanenko “Telegram” hesabında məlumat verib.
Onun bildirdiyinə görə, hadisə yerində bütün xidmətlər fəaliyyət göstərir.

